Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq və təmir-bərpa işləri davam etdirilir.

13 may 2026 | 17:00

Azərbaycanın ev sahibliyi edəcəyi növbəti mötəbər beynəlxalq tədbir — Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində Nəsimi rayonunda infrastrukturun yenilənməsi və estetik görünüşün müasir standartlara uyğunlaşdırılması istiqamətində genişmiqyaslı abadlıq və təmir-bərpa işləri davam etdirilir.

Görülən işlər çərçivəsində rayonun bütün mərkəzi küçə və prospektlərində, o cümlədən Ak.H.Əliyev və A.Mustafayev küçələrində, həmçinin Tbilisi prospekti boyu yerləşən yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin fasadları əsaslı şəkildə təmir olunaraq yenilənmişdir. Eyni zamanda şəhərin ümumi estetik görünüşünə xələl gətirən istinad divarları və hasarlar bərpa edilmiş, Ə.Salamzadə küçəsindəki kompozit materialdan olan hasar tamamilə yenidən qurulmuşdur. Sakinlərin və qonaqların istirahəti üçün nəzərdə tutulan park və xiyabanlarda cari təmir işləri aparılmış, oturacaqlar rənglənərək istifadəyə verilmişdir. Hazırda yekunlaşmaq üzrə olan bu kompleks işlər rayonun simasının şəhərsalma standartlarına və sanitariya-gigiyena normalarına tam uyğunlaşdırılmasını təmin edir.

Keçidlər