Nəsimi rayonunda abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.
16 oktyabr 2024 | 08:58
“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nəsimi rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.