Nəsimi rayonunda abidələrin və barelyeflərin yuyulması tədbirləri aparılıb.
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər keçirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Belə ki, rayon ərazisində yaşıllıq zolaqlarına qulluq göstərilib, eyni zamanda parklarda heykəllər, abidələr və binaların fasadlarında barelyeflər yuyularaq təmizlənmişdir.