Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ahıllar Günü münasibətilə tədbir keçirilib.

03 oktyabr 2022 | 14:50

1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.

Hər il olduğu kimi bu il də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan ahıllarla görüş təşkil edilmişdir. Görüş zamanı onların sosial problemləri dinlənilmiş, ehtiyacları müəyyənləşdirilmişdir.

Sonra Nəsimi RİH tərəfindən rayonda yaşayan çox ahıl insanlara ərzaq bağlamaları verilmişdir.

Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan yataq xəstəsi olan ahıl vətəndaşlar ziyarət olunmuş, onlara ərzaq bağlaması verilib. 

 

Keçidlər