Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əraziyə növbəti baxış keçirilmişdir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyəti Başçısı və Aparatının məsul əməkdaşları Nəsimi rayonu 2-ci mikrorayon Hüseynbala Əliyev 3,5,7 saylı ünvanlarda aparılan abadlıq və əsaslı təmir işləri ilə də tanış oldular.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Eyni zamanda Nəsimi rayonu Cavadxan küçəsində əhalinin sıx olduğu məkanlarda, qanunsuz küçə ticarətinin fəaliyyəti ilə bağlı baxış keçirilib.
Baxış zamanı belə fəaliyyət göstərən şəxslərə tövsiyyələr və qanuna əməl etmələri baradə müvafiq tapşırıqlar verilib, pozuntu hallarına yol vermiş cavabdeh şəxslər barədə müəyyən edilmiş tədbirlər görülüb.