Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki Müdafiə tədbirlər planına uyğun olaraq müşavirə keçirilmişdir.

18 oktyabr 2022 | 11:00

Nəsimi rayonunda Azərbaycan Respublikasının 2022-ci il üçün  Mülki Müdafiə tədbirlər planına uyğun olaraq yerli özünüidarəetmə orqanlarının, təsərrüfat obyektləri, idarə, müəssisə və təşkilatların mülki müdafiə vəziyyətinin yoxlanılması müzakirə edilmişdir.

Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, hesabat ili ərzində Nəsimi rayonu üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Prezidentinin,  Nazirlər Kabinetinin mülki müdafiənin təmin edilməsi haqqında müvafiq Sərəncam və Qərarlarına və digər normativ hüquqi  sənədlərə uyğun olaraq təşkil edilmişdir. Hazırda dünyada baş verən proseslər ölkədə mülki müdafiənin gücləndirilməsi, vətəndaşların təhlükəsizliyinin və sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaradır. Bu məsələ daim ölkə rəhbərliyinin nəzarətindədir.

Hesabat dövründə rayon üzrə ümumtəhsil, texniki peşə, orta ixtisas və digər təhsil müəssisələrində “ Mülki Müdafiə günü” keçirilmiş, rayon ərazi qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqləri təşkil edilmişdir.

Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov cıxışında görülmüş işlərin əhəmiyyətindən danışaraq mövcud problemlərin aradan qaldırılmasının vacibliyi barədə müvafiq təklif və tövsiyyələrini verdi.

Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Mirzə Əsgərov cari ilin 17-28 oktyabr tarixlərində Nəsimi rayonu ərazisində Mülki Müdafiənin təşkili, təsərrüfat obyektləri, idarə, müəssisə və təşkilatlarda radiasiya, kimya və tibbi-bioloji mühafizə tədbirləri, MM əmlakının saxlanma şəraiti və vəziyyətinin yoxlanılması, metodiki köməkliyin göstərilməsi məqsədilə yaradılmış işçi qrupu barədə ətraflı məlumat verdi.  

Tədbirin sonunda tədbirdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərini maraqlandıran suallar cavablandırıldı.   

Keçidlər