Nəsimi rayonunda aztəminatlı ailələrə göz müayinəsi təşkil edildi.
Azərbaycan oftalmologiya elmini, o cümlədən bütövlükdə tibb elmini öz bitkin və dərin məzmunlu dolğun əsərləri, elmi nailiyyətləri ilə dünya miqyasında tanıdan əbədiyaşar elm xadimlərimizdən, bacarıqlı səhiyyə qurucularımızdan biri görkəmli alim-oftalmoloq, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatı laureatı, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilmişdir.
Batıgöz Göz Klinikasında ixtisaslı həkimlər – Uzman həkim-oftamoloq Şərəf Öyrətmənoğlu və uzman həkim-oftalmoloq Gülnar Sultanova tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, gözlərdə miopiya, hipermetropiya və astiqmatizm kimi xəstəliklər yoxlanılmış, eynək lazım olub olmadığını müəyyən etmək üçün refraktometrin köməyi ilə ölçmələr həyata keçirilmiş, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılmışdır.
Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, məsləhətlər və ambulator müalicə üçün müvafiq reseptlər verilib.