Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

27 fevral 2026 | 15:57

Paytaxtımızda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda başlanmış genişmiqyaslı təmir-bərpa işləri davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində şəhərin ümumi görünüşünə xələl gətirən Bakıxanov küçəsi 7, 16, Azadlıq prospekti 81, 82, H.Əliyev küçəsi 10/61, Moskva prospekti 96, Q.Quliyev küçəsi 38, Vaqif prospekti 3, M.Qaşqay küçəsi 61, Nizami küçəsi 91, S.Rəhimov küçəsi 152, 154, 156, 158, 163, 167, R.Behbudov küçəsi 16/18 ünvanlarındakı  yaşayış binalarının fasadları və damları təmir olunur, həmçinin rayonun bir sıra küçə və prospektlərində, o cümlədən məhəllədaxili yollarında müxtəlif vaxtlarda xidmət sahələri tərəfindən görülən təmir işləri zamanı zədələnmiş asfalt örtükləri bərpa edilir.

Keçidlər