Nəsimi rayonunda başlanılmış abadlıq və təmir-bərpa işləri davam etdirilir.
Yaz və yay mövsümünün gəlişi ilə əlaqədar paytaxtın infrastrukturunun yenilənməsi və estetik görünüşünün yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi rayonunda başlanılmış abadlıq-bərpa işləri davam etdirilir.
Görülən işlər çərçivəsində Mir Cəlal küçəsindəki parkda və 20 Yanvar küçəsi 4/66 ünvanında yerləşən məhəllə stadionlarında aparılan əsaslı təmir işləri başa çatdırılmış, hazırda rayonun memarlıq simasının qorunması və sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakıxanov küçəsi 7, 16, Azadlıq prospekti 81, 82, H.Əliyev küçəsi 10/61, Moskva prospekti 96, Q.Quliyev küçəsi 38, Vaqif prospekti 3, M.Qaşqay küçəsi 61, Nizami küçəsi 91, S.Rəhimov küçəsi 152, 154, 156, 158, 163, 167 və R.Behbudov küçəsi 16/18 ünvanlarındakı yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir olunur.
Eyni zamanda, şəhərin ekoloji mühitinin sağlamlaşdırılması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə Bakıxanov və 28 May küçələrində, həmçinin Bakı Dəmir Yolu Vağzalı ətrafında genişmiqyaslı yaşıllaşdırma işləri aparılır, yeni yaşıllıq zolaqları salınır.






