Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Bərabər hüquqlar, aydın gələcək: Gender əsaslı zorakılıqla mübarizə” adlı maarifləndirici tədbir keçirilib

29 noyabr 2024 | 12:20

Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Polis İdarəsi ilə birgə  A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında  27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının  5.4.2.-ci bəndinin (Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması) icrasının təmin edilməsi məqsədilə “Bərabər hüaquqlar, aydın gələcək: Gender əsaslı zorakılıqla mübarizə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, AMEA-nın məsul əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları mövzu ilə bağlı videoçarxa tamaşa edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova açaraq tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, uşaqlara qarşı zorakılıq fiziki, emosional, cinsi və ya mənəvi olaraq uşağın hüquqlarını pozan, onun sağlamlığına, təhlükəsizliyinə və inkişafına zərər verən hər hansı bir hərəkət və ya hərəkətsizlikdir. Zorakılıq həm ailə daxilində, həm də ətrafdakı yoldaşları tərəfindən baş verə bilər. Uşağı döymək, vurmaq, itələmək və ya başqa şəkildə fiziki xəsarət yetirmək, ağırlıq qaldırmağa və ya təklükəli işlərə məcbur etmək bunlar fiziki zorakılığın əlamətləridir. Alçaltmaq, təhqir etmək, qorxutmaq, uşağın emosional ehtiyaclarını görməzdən gəlmək isə bunlar emosional zorakılıq sayılır. Valideyn və ya baxıcının psixoloji problemləri, maddi çətinliklər və ya sosial problemləri, cəmiyyətdə zorakılığın qəbul edilməsi halları və maarifsizlik, tərbiyə üsullarındakı səhvlər  irəli gələn problemlərdən biridir.  Depressiya, narahatlıq, travma və özünəinamın aşağı olması  inkişafın ləngiməsi, tənhalıq, ünsiyyət çətinlikləri, zorakı davranışlara meyillilik sosialın, məktəbə marağın azalması, zəif akademik nəticələr zorakılığın təsirləridir. Bütün bunların qarşısının alınması məqsədi ilə maarifləndirmə yolu ilə valideynləri və cəmiyyəti uşaqların hüquqları haqqında məlumatlandırılmasına, sosial xidmətlər yolu ilə zərərçəkmiş uşaqlar üçün dəstək proqramlarının təşkil edilməsinə, hüquqi tədbirlər üçün zorakılıq edənlərə qarşı cəzaların tətbiq olunması, psixoloji dəstək üçün isə həm uşaqlar, həm də zorakılıq edənlər üçün terapiya və reabilitasiyasına köməkliklər göstərilməlidir. Əziz şagirdlər Sizə təhsilinizdə uğurlar arzulayıram, hüqularınızı bilməyinizi tövsiyyə edirəm. İnanıram ki Siz şagirdlərdə hüquqlarınızı biləcək və gələcək nəslimiz sağlam yetişəcəkdir.  Bütün bunlar üçün dövlətimiz tərəfindən lazımi tədbirlər, eyni zamanda  qanunvericiliklər işlənib yazılmış və eyni zamanda konvensiyalara qoşulmuşdur. Hər zaman istər sağlamlığınız, istərsə də hüquqlarınız nəzarətdədir. Belə ki, dövlətimiz tərəfindən Sizin inkişafınız üçün atılan addımlar hər birimizə bəllidir.

Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili bölməsinin əməkdaşı, polis mayoru Yeganə Zeynalova öz çıxışında bildirdi ki, zorakılığa məruz qalan uşaqlarda bir sıra ciddi problemlər yaranır. Həmçinin, uşağın zorakılığa olan reaksiyası onun yaşından, inkişafından asılıdır. Zorakılıq uşağa bir başqa və dolayı təsir göstərə bilir. Bu, o deməkdir ki, bəzi problemlər hazırki zamanda görülməkdədir. Bəzilərinin fəsadları isə bir müddət sonra büruzə verir. Belə ki, uşaqlarda həm özünə, həm də başqalarına aqressiya yaranır, özgüvən yetərsizliyi formalaşır. Uşaq evdə fiziki şiddət görürsə, sinif yoldaşlarına da həmin münasibətdə olur, vurma-döymə davranışları sərgiləyir. Biz belə uşaqlarla söhbət apararkən görürük ki, ailədə bu kimi hallar baş verir və onun təqlidi, proyeksiyası olaraq həmin hərəkətlər məktəbdə də uşaq tərəfindən nümayiş olunur. Bundan başqa, davranış pozuntusu hallarına rast gəlmək olar ki, bu da birbaşa ailə ilə əlaqədardır. Eyni zamanda, məktəb yoldaşları tərəfindən aqressiv davranış olarsa, uşaqda gərginlik, özünütamamlama halları baş verir.

Daha sonra çıxış edənlər - AMEA-nın məsul əməkdaşları Ceyran Hüseynli və Samirə Rəhimli  və 247 nömrəli tam orta məktəbin psixoloqu Gülbəniz Hüseynova mövzu ətrafında ətraflı çıxış ediblər.       

  Sonda şagirdləri maraqlandıran suallar cavablandırıb və xatirə şəkilləri çəkdirilib.

Keçidlər