Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd olundu.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi əlilləri, Nəsimi rayonunda yaşayan 50 ailə, ağsaqqal və ağbirçəklər, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.
Tədbirdə ailələr arasında intellektual yarışlar keçirilmiş, qalib ailələrə diplomlar və hədiyyələr təqdim edilib.
Tədbirdə iştirak edən şəhid atası Qiyas Zeynalov çıxış edərək bildirdi ki, biz övladlarımızı vətənpərvər, cəsur və ürəyi xalq sevgisi, torpaq sevgisi, dövlət, millət sevgisi ilə yanan bir gənc kimi böyütdük. Bizim övladlarımız vətən yolunda şəhid oldular, bizi şəhid ailəsi etdilər. Bu gün bizim sevimli balalarımız yanımızda olmasalar da bilirik ki, onlar əbədi ölümsüzlüyə qovuşdular. Onlar tək bizim övladımız deyil, bütün Azərbaycan ailəsinin övladı oldular. Biz bütün şəhidlərimizlə fəxr edirik və bir valideyn kimi övladımızla fəxr edirik. Əziz balalar , Sizdə bizim övladlarımızsız. Sizi çox sevirik və xoşbəxt yaşamaq Sizin haqqınızdır. Biz şəhid ataları, anaları bilirik ki, Siz gənclər hər zaman vətənimizin keşiyində olacaq, torpaqlarımızı qoruyacaq, şəhidlərimizi abədi yaşadacaqsız.
Tədbirdə iştirak edən ailələr şəhid ailələrinə hörmət və rəğbətlərini bildirərək qeyd etdilər ki, Sizin övladlarınız bizim övladlarımız üçün örnəkdir. Bizim övladlarımız şəhidlərimizi hər zaman anacaq və onların adını əbədi yaşadacaqdır.
Tədbirdə rayonda yerləşən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin və 20 nömrəli Musiqi Məktəbinin dərnək üzvlərinin ifalarında mahnılar və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Sonda birlik rəqsi olan yallı rəqsi ilə bütün iştirak edən ailələr rəqs ilə başa çatdı.
Tədbirin sonunda xatirə şəkili çəkilib.