Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinə start verilib

23 noyabr 2024 | 10:51

Nəsimi rayon İcra Hakimiyyətində noyabrın 25-dən dekabrın 10-dək beynalxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili və Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında  27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının  5.1.4-cü bəndinin (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi) icrasının təmin edilməsi məqsədilə “Azərbaycanda gender siyasəti: problemlər, həlli yolları və perspektivlər” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, Nəsimi RİH Başçısının  SİƏD üzrə nümayəndəliyində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri, şəhid ailələri, rayon ictimaiəti və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva nəzərə çatdırıb ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Natiq çıxışına davam edərək, uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məsələsinin prioritet mövzulardan biri olduğunu bildirib. Həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kimi mütərəqqi tədbirin keçirildiyi bu günlərdə ən aktual məsələlərdən biri iqlimin uşaqlarda, həssas təbəqələrdə göstərdiyi mənfi təsirin azalmasını əsaslı amilə çevirmək və birlikdə ekosistemlərin qorunması üçün beynalxalq qərarların icrasına təcili başlanılmasıdır.

Daha sonra çıxış edən Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov bu sahə üzrə görülən işlər, qəbul olunan müraciət və həlli məsələsinə yönələn perspektivlər, fəaliyyət planı və gələcək layihələr haqqında ətraflı məlumat verib.

Həmçinin tədbirdə 164 və 42 nömrəli tam orta məktəbin psixoloqları öz çıxışlarında məişət zorakılığının uşaqların həyatına təsiri və həlli yolları haqqında ətraflı məlumat veriblər.

Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, həkim Mirhəşim Calalov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Sənan Hüseynov bu mövzu ilə əlaqədar ətraflı çıxış ediblər.  

 Sonda qısametrajlı filmə baxılıb, gəncləri maraqlandıran suallar cavablandırıb və xatirə şəkilləri çəkdirilib.

Keçidlər