Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayonunda “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib.

11 sentyabr 2025 | 15:48

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı, Nəsimi Rayon İcra Hakimiyyəti və "Bakı Tikiş Evi" ASC-nin birgə təşkilatçılığı ilə “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib. Tədbir çərçivəsində Vətən müharibəsi əlilləri, şəhid övladları və rayonda imkanı məhdud ailələrin övladlarına məktəbli formaları təqdim edilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında yeni dərs ilinin başlanması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsləri isə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov isə “Bilik Günü” ilə bağlı təhsil işçilərini, valideynləri və məktəbliləri təbrik edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri bütöv bir dövlət siyasətinin ana xəttidir. Natiq çıxışına davam edərək qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyin savadlı, milli ruhlu və vətənpərvər nəsillərinin formalaşmasına möhtəşəm töhfələr verməkdədir.

Tədbirdə “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov da çıxış edərək təşkilatın sosial layihələrə verdiyi dəstəyi vurğulayıb.

Daha sonra çıxış edən şəhid atası Bağı Hüseynov şəhidin ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəbli formaları şagirdlərə təqdim olunub.

Bu tədbir dövlətin və ictimai təşkilatların sosial dəstək təşəbbüslərinin növbəti nümunəsi olaraq, təhsilin dəstəklənməsi və imtiyazlı ailələrə qayğının göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Keçidlər