Nəsimi rayonunda binaların fasadında aparılan bərpa işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Belə ki, rayonun Azadlıq prospekti, Səməd Vurğun və digər küçə və prospektlərdə binaların fasadında və eyvanlarında əsaslı təmir-bərpa işləri davam etdirilir, eyvanlarda üzlük daşlar bərpa olunur.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.