Nəsimi rayonunda binaların fasadında təmir-bərpa işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin fasadlarının təmir-bərpası işləri daha da intensiv şəkildə davam etdirilir.
Belə ki, rayonun Azadlıq prospekti 56, 70, 72, 83, 85, 92, 97, Bakıxanov küçəsi 31 və Mirqasımov küçəsi 14 saylı ünvanlarında binaların fasadında və eyvanlarında əsaslı təmir-bərpa işləri aparılıb. Binaların üzlük daşları, bəzək elementləri, qəzalı vəziyyətdə olan eyvanları bərpa olunub. Fasadlar yenilənərək prospekt boyu yollar əsaslı təmir olunub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.