Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda binaların fasadında əsaslı təmir-bərpa işləri davam etdirilir.

24 may 2024 | 10:29

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin  daha da intensiv şəkildə aparılması davam etdirilir.

Rayonun  28 May küçəsi 5,10,16/72, A.Mustafayev küçəsi 1,1d, 3, 10,11,12,14,21,23, Azadlıq prospekti 70,72,87a,89,95,32, Bülbül prospekti 30, Ə.Quliyev küçəsi 140, M.C.Cəfərov küçəsi 1k, M.A.Əliyev küçəsi 244, R. Behbudov 13, S.Vurğun 96,114,116, Ü.Hacıbəyov küçəsi 51, S.Əsgərova küçəsi 169/51, R.Behbudov küçəsi 13, Vidadi küçəsi 187, Nizami küçəsi 83 saylı ünvanlarda yerləşən yaşayış binalarının  fasadlarında eyni zamanda Nizami kinoteatrının fasadında təmir-bərpa işləri aparılır. Binaların eyvanları təmir edilir, yararsız vəziyyətdə olan elementlər bərpa olunur, fasadlar yeni görkəmə gətirilir.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər