Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda binaların fasadında, istinad divarlarında təmir - bərpa işləri aparılır.

23 avqust 2024 | 10:48

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin  fasadlarının təmir-bərpası işləri   daha da intensiv şəkildə davam etdirilir.

Hal-hazırda Azadlıq prospekti  boyu yaşayış və qeyri-yaşayış  obyektlərinin fasadlarında alkopon üzlüklər sökülərək, yeni ekoloji cəhətdən məqsədə uyğun sayılan üzlüklərlə əvəz olunur. Belə ki, fasadlarda aparılan təmir işləri binaları yeni görkəmə gətirir. Eyn zamanda bu ünvanda hasarlar və istinad divarları da yeni üzlüklərlə bərpa olunur.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.

Keçidlər