Nəsimi rayonunda binaların fasadında, istinad divarlarında təmir - bərpa işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin fasadlarının təmir-bərpası işləri daha da intensiv şəkildə davam etdirilir.
Hal-hazırda Həsən Əliyev, Alı Mustafayev, Yusif Səfərov küçələri, Azadlıq prospekti boyu və digər ünvanlarda yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında alkopon üzlüklər sökülərək, yeni ekoloji cəhətdən məqsədə uyğun sayılan üzlüklərlə əvəz olunur. Belə ki, fasadlarda aparılan təmir işləri binaları yeni görkəmə gətirir. Eyni zamanda bu ünvanda hasarlar və istinad divarları da yeni üzlüklərlə bərpa olunur.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.