Nəsimi rayonunda binaların fasadında təmir - bərpa işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Azadlıq prospekti 70, 72, 56, 89, 89a, 87a saylı ünvanlarda yerləşən binaların fasadında son tamamlanma işləri aparılır.
Hal-hazırda digər binalarda istismar müddəti başa vurmuş təhlükəli vəziyyətdə olan eyvanlar sökülür, beton konstruksiyalarla yenidən yığılır və eyvanların dam örtükləri əsaslı təmir edilərək yenisi ilə əvəz olunur.
Eyni zamanda Taras Şevçenkonun heykəlinin yerləşdiyi parkda əsaslı təmir işləri başa çatıb. Parkda yaşıllıq zolaqları bərpa olunub, oturacaqlar yeniləri ilə əvəz olunub, Azadlıq prospekti boyu yeni asfal örtüyü vurulub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.