Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda binaların fasadında təmir - bərpa işləri davam edir.

26 iyul 2024 | 10:27

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin   daha da intensiv şəkildə aparılması davam etdirilir.

Eyni zamanda rayonda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Mir Qasımov küçəsi 14, Azadlıq prospekti 86 və 92  saylı ünvanlarda yerləşən binaların fasadında təmir-bərpa işlərinə başlanılıb.

Hal-hazırda binaların fasadında və eyvanlarında əsaslı təmir-bərpa işləri  aparılır, fasadlarda, eyvanlarda təhlükəli vəziyyətdə olan aqlay daşlar bərpa olunur, binaların birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarında alkopon üzlüklər sökülərək, yeni ekoloji cəhətdən məqsədə uyğun sayılan üzlüklərlə əvəz olunur.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.

Keçidlər