Nəsimi rayonunda Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş Camalov Elman Hüseyn oğlunun qırx mərasimi keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əjdərbəy” məscidində Nəsimi rayonundan Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş Camalov Elman Hüseyn oğlunun qırx mərasimi keçirilib.
Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən birinin də şəhid Camalov Elman Hüseyn oğlu olduğu müəyyənləşib.
Yas mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirtak edib. Mərasimdə şəhidlərin ruhuna dular oxunub və ehsan süfrəsi açılıb.
Mərasimdə şəhidin ailəsi vurğulayıb ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.