Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda cari təmir işləri davam edir

01 sentyabr 2023 | 09:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki,  Nəsimi rayonu əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud olan Mir Cəlal parkında idman alətləri və oturacaqlarda cari təmir işləri aparılıb.

Eyni zamanda aparılan  təmir və abadlıq işləri zamanı Qulu Quliyev 8 ünvanında yağış suları axıdan borular bərpa olunub, Ley Tolstoy küçəsi və Bülbül prospektində səkilərə əlavə urnalar quraşdırılıb, Azər Əliyev küçəsində isə həyətdə əlil arabalarının rahat hərəkəti üçün səkilər yaradılmışdır. Bu istiqamətdə işlər davam etməkdədir.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər