Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Çernobıl faciəsinin 37-ci ildönümü qeyd olunub.

26 aprel 2023 | 09:57

Çernobıl faciəsinin 37-ci ildönümü  ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyətində  qəzanın  aradan  qaldırılmasında iştirak  etmiş rayon  sakinləri  ilə  görüş  keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, Çernobıl Əlilləri İttifaqının sədri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib.

Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, Ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.

Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Çernobıl əlillərinə dövlət qayğısının artırılmasından danışıb.

Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.

Keçidlər