Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Çernobıl faciəsinin 39-cu ildönümü qeyd olunub.

29 aprel 2025 | 14:20

Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə Çernobıl faciəsinin 39-ci ildönümü  ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyətində  qəzanın  aradan  qaldırılmasında iştirak  etmiş rayon  sakinləri  ilə  görüş  keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, QHT sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, Ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanlarının dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusunun müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.

Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Kamal Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə möhtərəm prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.

Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.

Keçidlər