Nəsimi rayonunda Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Nəsimi rayonunda fəaliyyət göstərən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının, Nəsimi rayon polis idarəsinin məsul əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, şagirdlər və rayonda fəaliyyət göstərən monitorinq qrupları iştirak edib.
Tədbirdə ilk öncə rayon məktəblilərin əl işlərindən ibarət sərgi nümayış olunmuşdur. Sərgidə əks olunan maarifləndiriçi rəsm əsərləri qonaqların diqqətinə çatdırılmışdır. Sözü gedən əsərlərdə zərərli vərdişlərə qarşı mübarizə öz əksini tapmışdır.
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar hər il dekabrın 1-də şagirdlərin əl işləri nümayiş etdirilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Tədbir zamanı qeyd olunmuşdur ki, ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Rəsmi statistikaya görə, hazırda dünyada İİV-lə yaşayan 38 milyondan çox insan var. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən həyatını itirib. Ölkəmizdə QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.
Tədbirinin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.