Nəsimi rayonunda əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlərin paylanılması həyata keçirilir.
Əhalinin sağlamlığının qorunması, kütləvi idmanın təşviqi və sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilir. Həyata keçirilən tədbirlər çərçivəsində əhalinin müxtəlif sosial təbəqələrini, xüsusilə də gününün böyük hissəsini oturaq rejimdə keçirən işləyən şəxsləri əhatə edən xüsusi maarifləndirici materiallar hazırlanaraq paylanılmışdır.
Hazırlanmış buklet, flayer və məlumatlandırıcı broşurlarda gündəlik normaya uyğun fiziki aktivliyin insan orqanizminə müsbət təsirləri, oturaq iş şəraitində yerinə yetirilməsi mümkün olan sadə bədən tərbiyəsi hərəkətləri, eləcə də ürək-damar və dayaq-hərəkət sistemi xəstəliklərinin profilaktikası üzrə faydalı tövsiyələr əks olunmuşdur.
Maarifləndirmə materialları rayon ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə çalışan əməkdaşlara, təhsil və səhiyyə ocaqlarının kollektivlərinə, həmçinin sakinlərə təqdim edilmişdir.
Gələcəkdə də əhalinin fiziki aktivliyinin artırılması və sağlam vərdişlərin formalaşdırılması istiqamətində bu cür maarifləndirici təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.






