Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Əmək Yarmarkası keçirilib.

23 sentyabr 2023 | 10:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Holiday İNN Baku” mehmanxanasında növbəti əmək yarmarkası təşkil edilib. 

Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 30 müəssisə tərəfindən 1000-dək iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aktiv iş axtarışında olan rayon sakinləri yarmarkaya dəvət olunmuş, onlar müvafiq vakant iş yerləri ilə  tanış olmuşlar.

Tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar təqdim edilib.

Keçidlər