Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması” mövzusunda dəyirmi masa təşkil olunub.

04 dekabr 2024 | 14:02

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.6 yarımbəndinin icrası ilə əlaqədar rayonda fəaliyyət göstərən 35 nömrəli tam orta məktəbdə “Erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması” mövzusunda seminar keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin direktoru, səhiyyə müəssisələrinin əməkdaşları, psixoloqlar və şagirdlər iştirak edib.

Tədbirdə bildirilib kibu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir.

Problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir.

Xüsusi vurğulanıb ki, ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür: “9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalar aidiyyəti dövlət orqanları tərəfindən gənclərin erkən nikahların və qohumlar arasında nikahların mənfi nəticələri barədə maarifləndirilməsi işinin daha məqsədyönlü şəkildə aparılmasına imkan verəcək.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyyələr verilib.

 

Keçidlər