Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Gender əsaslı məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib.

06 dekabr 2022 | 07:34

Nəsimi Rayon İcra Hakimiyyətində “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib.

Görüşdə Nəsimi RİH yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, inzibatı orqanların  nümayəndələri, rayonun ümumtəhsil müəssisələrinin psixoloqları və rayon gəncləri  iştirak edib.

İclası Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açaraq, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərində pisxoloqların şagirdlər ilə mütəmadi olaraq görüş və təlimlərin keçirilməsini, həkimlər tərəfindən vətəndaşlar arasında maarifləndirici söhbətlərin aparılmasını, eyni zamanda  valideynlər və ailənin ahıl yaşlıları ilə görüşlərin keçirilməsinin vacilbliyindən, insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb.

Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edib.

Diqqətə çatdırılıb ki, İcra Hakimiyyətlərində yaradılmış  “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”larının bu istiqamətdə bələdiyyə və rayonun Sahə İnzibati Ərazi Dairələrinin imkanlarından istifadə olunaraq Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair 4 monitorinq qrupu yaradılmışdır.

Belə ki, ay ərzində  2 dəfədən az olmayaraq monitorinq qrupları ilə iclaslar keçirilərək, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi və zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcədə baş vermiş zorakılıq halları ilə əlaqədar cavab tədbirlərinin: hüquqi, sosial və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi ilə əlaqədar tapşırıqlar verilmişdir.  

Əlavə olaraq yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin  effektivliyinin yoxlanılması, lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlər diqqətə çatdırılıb. Vurğulanıb ki, monitorinq qrupu daxil olan müraciətlər diqqətlə araşdırılır və daxil olmuş müraciətlərə xüsusi diqqət və həssaslıqla yanaşılır.  

Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini İmamverdi Həmidov çıxışında ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının qorunmasının dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, o cümlədən gender bərabərliyinə böyük önəm verildiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsası qoyulub və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikası qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb.

İ.Həmidov əhali arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarının qarşısının alınmasının zəruriliyini qeyd edərək vurğulayıb ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək yerli şəraitə uyğunlaşdırılmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibliyini bildirdi. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlərin, mübarizə üsullarının müsbət nəticləri barədə məlumat verilib.

Monitorinq qrupunun üzvü Gülsənəm Bayramlı müasir dövrümüzün problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan söz açaraq, eyni zamanda bu halların təhsildən yayınma və digər hüquq pozuntuları barədə, həmçinin sağlam gənclik naminə keçirilən bugünkü tədbirin əhəmiyyətindən və dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlardan və cəmiyyətə vurduğu ziyanlardan danışıb. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunduğunu, insanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri müxtəlif növ zorakılıqlara səbəb olmaqla yanaşı hüquqi baxımdan məsuliyyət yaratdığını diqqətə çatdırıb. 

Rayon İctimai Şurasının sədr müavini Eltun Süleymanov öz fikrini bildirərək, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildirilib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinin rəisi Şəfəq Salmanlı çıxış edərək dünyada olduğu kimi ölkəmizdə də ekən nikahın fəsadlarına və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu, buna görə də ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın yaradıldığını bildirib.məişət zorakılığı hadisələrinin hüquqi müstəvidə izahatını verib və yaratdığı məsuliyyət halları haqqında məlumatı çatdırıb. Ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir iştirakçıları mövzu üzrə fikirlərini söyləyib, interaktiv müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.

Keçidlər