Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası çərçivəsində “Zorakılığın müasir Azərbaycanda yeri yoxdur” adlı tədbir keçirilib.

28 noyabr 2023 | 10:04

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ümumtəhsil müəssisələrin pedaqoji kollektivi, psixoloqlar, rayonda fəaliyyət göstərən monitorinq qrupları, cəmiyyət üzvləri, risk qrupuna daxil olan vətəndaşlar, rayonda yaşayan bir qrup qadılar və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində  məlum olub ki, hər 3 qadından biri nə  vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı.  Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.

Məişət zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili göstərir ki, ailədə baş verən zorakılığın ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Qadınlara qarşı zorakılıq yeni qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində dayanıqlı inkişafa maneə kimi qəbul edilib. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilk dəfə qlobal inkişaf məqsədlərinin prioritetlərindən biri kimi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili şöbəsinin əməkdaşı Yeganə Zeynalova qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılığın olması cəmiyyət üçün itkidir. Bu həm də tibbi və psixoloji xidmətlər üçün əlavə xərclərə gətirib çıxarır. Bu insanlara təsirdir. Burada tədqiqatlardan, statistikalardan söhbət getmir, burada söhbət real hekayələrdən və insanlardan gedir.  Bu 16 günlük proqram qlobal tədbirdir.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış onlara hüquqi məsləhətlər verilmişdir.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq”  tədbirləri davam etdirilir.

Keçidlər