Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda genişmiqyaslı abadlıq və təmir-bərpa işləri davam etdirilir.

29 iyul 2026 | 17:45

Bakı şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində Nəsimi rayonunda da əhalinin rahatlığının təmin olunması, şəhər infrastrukturunun müasirləşdirilməsi və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Həyata keçirilən tədbirlər çərçivəsində park və yaşıllıq ərazilərində yararsız vəziyyətə düşmüş oturacaqlar təmir olunur, tamet örtükləri yenilənir, müasir tipli tullantı konteynerləri quraşdırılır, sanitariya-təmizlik işləri aparılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, küçə və məhəllələr asfaltlanır, yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir edilir.

Rayonun memarlıq simasının qorunması və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son üç ayda A.Bakıxanov küçəsi 7 və 16, Azadlıq prospekti 81, 82 və 87A, Akademik Həsən Əliyev küçəsi 10/61, Moskva prospekti 96, Q.Quliyev küçəsi 38 və 131, Vaqif prospekti 3, M.Qaşqay küçəsi 61, S.Əsgərova küçəsi 213, Nizami küçəsi 91, S.Rəhimov küçəsi 150, 152, 154, 156, 158, 163 və 167, R.Behbudov küçəsi 16/18, Ş.Əzizbəyov küçəsi 157 və Bülbül prospekti 47 ünvanlarında yerləşən yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir olunub.

Bununla yanaşı, rayonun müxtəlif ərazilərində yararsız vəziyyətə düşmüş asfalt örtüyü bərpa edilib, S.Rəhimov və A.Bakıxanov küçələrində asfaltlama işləri həyata keçirilib.

Hazırda C.Məmmədquluzadə küçəsində hasarlar və istinad divarlarında aparılan bərpa işləri yekunlaşmaq üzrədir. Füzuli döngəsi 11B, Azadlıq prospekti 95 və Səməd Vurğun küçəsi 46 ünvanlarında yerləşən yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılmış monitorinqlər nəticəsində rayon ərazisində müəyyənləşdirilmiş 200-dən artıq inkişafını dayandırmış, qəzalı vəziyyətdə olan və təhlükə yaradan ağac Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyləri əsasında kəsilərək ərazidən götürülür, kəsilmiş ağacların yerinə müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək ərazidə genişmiqyaslı abadlıq işləri aparılır.

Nəsimi bələdiyyəsi tərəfindən də rayonun müxtəlif ərazilərində abadlıq və təmir-bərpa layihələri həyata keçirilir. Bu çərçivədə Xətai prospekti 38, Alı Mustafayev küçəsi 6, 15, 17, Azadlıq prospekti 125, Dilarə Əliyeva küçəsi 175 ünvanlarında təmir-bərpa və asfaltlama işləri aparılıb, Azadlıq prospekti 125 ünvanında isə yeni söhbətgah istifadəyə verilib.

Bundan əlavə, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində qaz, su, kanalizasiya və elektrik təsərrüfatında köhnəlmiş kommunikasiya xətləri mərhələli şəkildə yenilənir.

Nəsimi rayonunda abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlər hazırda da planlı şəkildə davam etdirilir.

Keçidlər