Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda genişmiqyaslı abadlıq və təmir işləri aparılır.

13 fevral 2026 | 10:34

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda da binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri aparılır.

Təmir işləri zamanı parklarda yararsız vəziyyətə düşən oturacaqlar təmir edilir, tamet daşları yenilənir, kiçik tutumlu zibil konteynerləri quraşdırılır, sanitar-təmizlik işləri aparılır, mövcud ağac və yaşıllıqlara aqrotexniki qulluq olunur.

Hazırda Mir Cəlal küçəsindəki parkda və 20 Yanvar küçəsi 4/66 ünvanında yerləşən məhəllə stadionlarında əsaslı təmir işləri aparılır.

Keçidlər