Nəsimi rayonunda genişmiqyaslı eko-təmizlik işlərinə başlanılıb
04 iyul 2026 | 14:42
Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılmış monitorinqlər nəticəsində rayon ərazisində inkişafını dayandırmış, qəzalı vəziyyətdə olan və təhlükə yaradan 200-dən artıq ağac müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyləri əsasında həmin ağaclar artıq kəsilərək ərazidən kənarlaşdırılır.
Kəsilmiş ağacların yerinə müxtəlif növ həmişəyaşıl ağaclar əkilir,ərazidə geniş- miqyaslı abadlıq işləri aparılır.






