Nəsimi rayonunda genişmiqyaslı iməcilik keçirilib
30 mart 2026 | 14:18
Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması məqsədilə martın 30-da Nəsimi rayonunda genişmiqyaslı iməcilik keçirilib. İməcilik zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.






