Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

25 aprel 2025 | 11:00

Hər il ölkəmizdə aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd edilir.

Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik insandır. O, yaddaşlarda xeyirxah və humanist əməlləri və unudulmaz xatirələri ilə qalıb.

YAP Nəsimi rayon təşkilatı,  Nəsimi Rayon İcra Hakmiyyəti və “Respublika Qan Bankı” PHŞ-i ilə birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımızın öz milli dəyərlərinə qovuşduğunu diqqətə çatdıraraq, insanlarımızın könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak etdiklərini vurğulayıb.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov nəcib missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına təşəkkürünü ifadə edib.

Qanvermə aksiyasında 250 nəfərdən çox partiya fəalı iştirak edib.

Keçidlər