Nəsimi rayonunda hava şəraiti ilə əlaqədar tədbirlər davam edir.
22 fevral 2025 | 11:29
Nəsimi rayonunda kəskin hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Hava şəraiti ilə əlaqədar aparılan operativ tədbirlərin daha effektiv həyata keçirilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyəti və kommunal xidmət sahələrininin əməkdaşları tərəfindən küçə və prospektlərdə işlərin gedişatına nəzarət tədbirləri həyata keçirilir. Rayonun mərkəzi prospekt və küçələrində, yaşayış massivlərində yerləşən parklar, çoxmənzilli yaşayış binalarının həyətləri, yol kənarları və küçə boyu səkilərdə qar və buz qalıqları təmizlənir.
İşlər davam etdirilir.