Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Həmrəylik Körpüsü" adlı bayram tədbiri keçirilib

30 dekabr 2025 | 11:25

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın milli birliyini, sarsılmaz vəhdətini və parlaq gələcəyə olan inamını tərənnüm edən "Həmrəylik Körpüsü" adlı təntənəli tədbir keçirilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bu gecə həm siyasi əhəmiyyəti, həm də zəngin bədii proqramı ilə yadda qalıb.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski iştirakçıları bayram münasibəti ilə təbrik edərək, Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu gün "Həmrəylik Körpüsü" ifadəsi sadəcə bir ad deyil, Azərbaycanın dünyadakı bütün soydaşlarımızı birləşdirən gücünün simvoludur: Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu milli həmrəylik fəlsəfəsi bu gün dövlətçiliyimizin sarsılmaz sütunudur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər və həyata keçirilən uğurlu siyasət dünyadakı bütün azərbaycanlıların tarixi Vətən ətrafında daha sıx birləşməsinə xidmət edir.

Tədbirdə həmçinin millət vəkili  Məlahət İbrahimqızı, Vətən müharibəsi Şəhidi İsmayıl Kərimlinin atası Ceyhun Kərimov və Vətən müharibəsi İştirakçısı – Qazi Alik Yusifov çıxış edərək, ölkədəki sabitlik və xalq-iqtidar birliyindən məmnunluqlarını ifadə ediblər.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara rəngarəng və zəngin bədii proqram təqdim olunub. "Həmrəylik Körpüsü" konseptinə uyğun olaraq hazırlanan bu hissə iştirakçılarda yüksək bayram əhval-ruhiyyəsi yaradıb: Tanınmış incəsənət ustalarının ifasında səslənən Azərbaycanı və qələbə ruhunu tərənnüm edən musiqilər tədbirə xüsusi rəng qatıb. 

Keçidlər