Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində 28 May - Müstəqillik Gününə həsr edilmiş mini futbol turniri keçirilib.

31 may 2023 | 09:30

Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş mini futbol turniri keçirilib.

Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra  Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətindən biri olduğu qeyd olunmuş və vurğulanmışdır ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. 

Turnirdə Nəsimi rayon üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparmışdır.

Qalib komandalar Nəsimi rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal, diplom və müxtəlif hədiyyələrlə təltif olundu.

Keçidlər