Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş intellektual yarışın final mərhələsi keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və 5 nömrəli Uşaq Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş 9 komandanın iştirakı ilə intellektual yarışın final mərhələsi keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq Gənclər Mərkəzinin pedaqoji kollektivi və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib.
Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə 5 nömrəli Uşaq Gənclər Mərkəzinin direktoru Elza Orucova qonaqları salamlayaraq tədbirin əhəmiyyətdən danışdı.
Nəsimi rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev bildirdi ki, intellektual yarışın keçirilməsində məqsəd 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı dahi şəxsiyyətin Azərbaycan dövlətinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinin öyrədilməsi, ideyalarının gənc nəslə aşılanmaqdır.
Sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş sualları yarış iştirakçıları böyük həvəslə cavablandırıblar.
Final yarışda İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I-ci yerə, E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar.
Qalib komandalara diplom və hədiyyələr təqdim olundu.
Sonda xatirə şəkili çəkilb.