Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində OCEP lahiyəsi çərçivəsində Amerika-Azərbaycan dostluq tədbiri keçirilib.
OCEP - Olimpiya Mədəniyyəti Təhsil Proqramı çərçivəsində məktəbimiz Amerika Birləşmiş Ştatlarını təmsil edir. Hər il iyun ayının ikinci bazar günü ABŞ-da "Milli Uşaqlar günü" qeyd olunur. Bu il həmin bayram 11 iyun tarixinə təsadüf etmişdir. ABŞ mədəniyyəti və idmanını öyrənmək və əməkdaşlıq və dostluğu gücləndirmək vacib şərtlərdəndir.
Bu əməkdaşlığın başlanğıcı olaraq Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə möhtəşəm "Disney" tədbiri keçirilib.
ABŞ-ın "Milli Uşaqlar günü"nə və uşaqları möcüzələr dünyasına aparan "The Walt Disney" kompaniyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin şagirdləri sevimli personajları ilə sehirli nağıllar aləminə səyahət etmişlər.
Tədbirdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil müşaviri Salman R.Hacı, Gənclər, mədəniyyət və idman mübadilə proqramının koordinatoru Fərqani Əliyev, Təhsil proqramları üzrə koordinator Khanım Teilova, Olimpiya Çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova, Milli Olimpiya Komitəsinin OCEP rəhbəri Ceyhun rəhmanov, MOK-un şöbə müdiri Mehman Kərimov, Elm və Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Qobustan Milli Tarix-Bədii Qoruğun direktoru Vüqar İsayev, Nəsimi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov iştirak edib.
Bayram tədbirində məktəbimizin şagirdləri öz rəqsləri, mahnıları və çıxışları ilə qonaqları Disney dünyasına apardı. Tədbirin sonunda ABŞ səfirliyi nümayəndələrinə xatirə hədiyyəsi təqdim olunmuşdur.