Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Heydər Əliyev İli" çərçivəsində "Sabahın əsgərləri " adlı hərbi-idman oyunu keçirildi.

03 may 2023 | 10:30

Nəsimi rayonu Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli" çərçivəsində "Sabahın əsgərləri " adlı  hərbi-idman oyunu keçirildi.  

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Nəsimi rayon Hərbi Səfərbərlik İdarəsinin nümayəndəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş sonra Ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon 111 sayli orta məktəbin direktoru Jalə Hacıyeva Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib.Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər gördüyünü bildirmiş və hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verdiyini bildirmişdir.

Sonra təntənəli marş sədaları altında komandalar sıra yürüşü edib.

Komandalar arasında müxtəlif idman növlərindən ibarət yarışlar həyata keçirildi. Qalib komandalar mükafatlandırıldı. Keçirilən idman yarışları gənclərin saglam və hərbinin sirlərini öyrənməyə xidmət edir və gənclərin daha da vətənpərvər böyüməsinə xidmət edir.

 

Keçidlər