Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 111 nömrəli tam orta məktəbdə “Biz Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib.

16 may 2023 | 11:31

Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 111 nömrəli tam orta məktəbdə “Biz Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi  iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra  Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə 111 nömrəli tam orta məktəbin direktoru Jalə Hacıyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Tədbirdə tanınmış incəsənət ustalarının ifaları dinlənilmiş, məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini  hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər