Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 240 nömrəli tam orta məktəbdə “Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin və torpaqlarımızın ərazi bötüvlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edənlər- Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərildiyini bildirdilər.
Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.