Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq salnaməsi” adlı tədbir keçirilib.

25 may 2023 | 09:55

Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvləri və məktəbin pedaqoji kollektivi  iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra  Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Tədbirdə Ulu öndər Heydər Əliyevlə bağlı məktəbin müəllimləri – Nərgiz Muxtarlı “Heydər Əliyev və təhsil”, Sevinc Əliyeva “Heydər Əliyev və iqtisadiyyatın inkişafı”, Aytən Həsənova “Heydər Əliyev və ordu quruculuğu”, Sevda Orucova “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Anar Hüseynov  “Heydər Əliyevin neft strategiyası” müxtəlif mövzularda çıxış etdilər.

Sonra rayon Ağsaqqallar Şurasının üzvü Vahid Xəlilov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova və 247 saylı tam orta məktəbin direktoru Sitarə Abbasova Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışlar.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini  hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər.

Sonra bir qrup müəllimə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

 

Keçidlər