Nəsimi rayonunda "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər davam edir.
"Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli orta məktəbdə məktəbin 2-ci, 4-cü və 5-ci, 7-ci sinif şagirdləri arasında şahmat yarışı təşkil edilib. Yarışda Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Məftun Quluzadə, 111 saylı orta məktəbin direktoru Jalə Hacıyeva, hakim qismində isə Mahir İsgəndərov və Arzu Abbaszadə iştirak edib.
Qalib şagirdlər Nəsimi rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Nəsimi rayon orta məktəb müəllimləri arasında şahmat yarışı keçirilmişdir. Yarışın müəllimlər arasında keçirilməsinin ən başlıca səbəbi intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarət olub.
Qalib müəllimlər Nəsimi rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif edilib.