Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir.

25 aprel 2023 | 10:07

Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 23 nömrəli tam orta məktəbdə “Səndən söyləyəcək daima dillər” adlı tədbir keçirilib.

Tədbirdə Millət vəkilləri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, KİV nümayəndələri, elm və mədəniyyət işçiləri iştirak edib.

Tədbir iştiralçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.

Sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə 23 nömrəli tam orta məktəbin direktoru Nigar Hənifəyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.  görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib.

Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar.  Heydər Əliyevə olan məhəbbəti, sevgini  hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.

Keçidlər