Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalları davam edir.
Elm və Təhsil Nazirliyinin dəstəyi, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, rayon ictimaiyyəti, Şəhid ailələri, vətən müharibəsi veteranları, qaziləri, çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislər və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilmişdir. Ötən 19 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının parlaq təzahürüdür. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı.
Sonra 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.