Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

31 may 2023 | 09:37

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı”nda  “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda yaşayan aztəminatlı olan ailələrdən olan uşaqlar və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib.

Aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə açılmış,  5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri onlarda xoş əhval-ruhiyyə yaradıb.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər