Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” nin yekunu çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

03 yanvar 2024 | 11:00

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının zalında tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorun müdiri, musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak etmişdir.

Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin  rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestriylə birgə çıxış etdilər.

Konsert Ş.Ələkbərovanın repertuarından C.Cahangirovun “Füzuli” kantatasının ifası ilə başlamış, daha sonra  Azərbaycan  bəstəkarlarının vokal və irihəcmli instrumental əsərlərinin ifası ilə davam etmişdir.

Keçidlər