Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinə start verildi.

28 fevral 2025 | 15:16

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə komissiyasının üzvləri və rayonun təhsil işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri,  dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və  formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən  daha dərindən öyrənilməsinə töhfə verməkdir. Digər bir məqsədi isə H.Əliyev amilinin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsini məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlarda tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər” və 2023-cü ilin 19-20 sentyabrında uğurla həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində suverenliyimizin bərpası, seperatçılığa son qoyulması ilə nəticələnən böyük tarixi zəfərlərimizin təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan insanlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edə bilərik. İki mərhələdən ibarət olan müsabiqənin rayon mərhələsinin 2025-ci ilin 10 mart-10 aprel tarixlərində keçirilməsi planlaşdırılır. Artıq müsabiqə komissiyası tərtib edilmiş və fəaliyyətə başlamışdır. Müsabiqənin şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Müsabiqə ilə əlaqədar suallar cavablandırılmış və təklifləri nəzərə alındı.

 

 

Keçidlər